İdman

“Barselona”nın forvardı “Atletiko”da – RƏSMİ

“Barselona”nın hücumçusu Luis Suares Madrid “Atletiko”suna keçib.

Fanat.Az xəbər verir ki, bu barədə məlumatı klubun rəsmi saytı yayıb.

Madridlilər Kataloniya təmsilçisinə müxtəlif bonuslar şəklində cəmi 6 milyon avro ödəyəcək. Bu gün səhər saatlarında 33 yaşlı uruqvaylı oyunçu üçün vida mərasimi təşkil ediləcək və onun iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da çıxış edirdi. Ötən mövsüm bütün turnirlər daxil olmaqla, kataloniyalıların formasıyla 36 matça çıxan cənubi amerikalı 21 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Barsa” ilə olan müqaviləsinin müddəti gələn ilin yayında bitəcəkdi.

Bənzər yazılar

Back to top button