Dünya

Ermənistan hökumət binası qarşısında etiraz mitinqi keçirildi

“Sosial Ədalət Üçün” partiyası bu gün Ermənistan hökumətinin binası qarşısında etiraz aksiyası keçirib.

Qaynarinfo xəbər verir ki, bu haqda Aysor.am saytı məlumat yayıb.

Aksiyada iştirak edənlər faiz dərəcələrinin azaldılmasını, kredit təşkilatlarının insanları daha ümidsiz vəziyyətə gətirməməsinin lazım olduğunu açıq şəkildə bildirən qanunvericilik dəyişikliklərini tələb ediblər.

“Siz xalqdan etimad almış qanuni bir hökumət olaraq, siyasi iradə nümayiş etdirməlisiniz və bu ən ciddi problemi həll etməlisiniz. Pandemiya dövründə banklar öz xalqına qarşı cinayət olan kredit faizlərini qaldırdılar. Kredit ertələnməsini elan edən banklar bu faizi üç aydan dərhal sonra tələb etdilər. Məhkəmə iclaslarının təxirə salınması da vətəndaşların kredit yükünü artırır”, – deyə etirazçılar hökumətə müraciət edərək Ermənistanın Baş nazirinə və parlament sədrinə məktub göndəriblər.

Bənzər yazılar

Back to top button