Siyasət

Deputat Əli Əsədovun tənqidi fikirlərinə münasibət bildirdi

Milli Məclisin deputatı Vüqar Bayramov Baş Nazir Əli Əsədovun büdcə təşkilatlarını tənqid etməsi məsələsinə münasibət bildirib.

AzToday.az xəbər verir ki, V. Bayramov Baş Nazirin bir çox hallarda büdcə təşkilatlarında izafi xərclərə yol verilməsi, ştat vahidlərinin sayının artırılması, satınalmalarda qiymətlərin olduğundan çox yüksək göstərildiyini deməyini xatırladıb: “Bizim apardığımız monitorinq və təhlillər də göstərir ki, büdcə vəsaitlərinin xərclənməsində səmərəlilik və şəffaflığın artırılmasına ehtiyac var. Xüsusən də, dövlət satınalmalarında və tenderlərdə şəffaflığın artırılması ilə bağlı işlər sürətləndirilməlidir. Doğrudur, İqtisadiyyat Nazirliyi son aylar bu sahədə sistemli fəaliyyət həyata keçirməyi hədəfləyir. Bununla yanaşı, dövlət satınalmalarında həm qanunverici bazanın, həm də praktik mexanizmlərin təkmilləşdirilməsinə məqsədəuyğundur.

Dövlət büdcəsi vəsaitin hesabına təşkil edilən tenderlərdə şəffaflığın tam təmin olunması büdcə pullarının səmərəli xərclənməsi baxımdan vacibdir. Bəzi dövlət qurumları hələ də bir mənbədən satınalmaya, yəni tendersiz alqı-satqıya üstünlük verirlər. Tendersiz satınalmalar dövlət vəsaitinin şəffaf xərclənməsinə kifayət qədər şübhələr yaradır. Eyni zamanda, büdcə nəzarətinin də gücləndirilməsinə ehtiyac var.

Bütövlükdə, istər pandemiyanın davam edən aylarında, istərsə də post-pandemiya dövründə büdcə xərclərinin səmərəliliyinin və şəffaflığının artırılması və eləcə də xərcləmələrin optimallaşdırılması prioritetliyini qoruyub saxlamalıdır”.

Bənzər yazılar

Back to top button