Dünya

ABŞ Rusiyanın HƏMAS-ın nümayəndə heyətini qəbul etməsinə “təəccüblənməyib”

Rusiya HƏMAS-la mübarizədə hər hansı səmərəli rol oynamır, bu barədə cümə axşamı Dövlət Departamentinin nümayəndəsi Metyu Miller bildirib.

“Biz təkcə Təhlükəsizlik Şurasında səs çoxluğu ilə əldə etdiyimiz qətnaməyə dünən BMT-də Rusiya və əlbəttə ki, Çinin veto qoyduğunu görmüşük”, deyə Miller brifinqdə Turan-ın Moskvanın Yaxın Şərq böhranında rolu haqqında sualına cavabda bildirib.

“Biz regionda sakitliyi qoruyub saxlamağa çalışırıq və təkcə region liderləri ilə danışıqlar aparmırıq. Belə ki, dövlət katibi Van İ (Çinin XİN başçısı) ilə söhbət etmişik və biz Rusiyanın ümumiyyətlə heç bir səmərəli rol oynamadığını görürük”, deyə o, sözünə davam edib.

Turan-ın Rusiyanın Moskvada HƏMAS döyüşçülərinin nümayəndə heyətini qəbul etməsi ilə bağlı sualına cavabda Miller belə deyib: “Təəccübləndiyimi demək istəyərdim, lakin bu, belə deyil”.

HƏMAS nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlı Ağ Evdə də sual verilib. “İndi HƏMAS-ı dəstəkləməyin vaxtı deyil”, deyə Milli Təhlükəsizlik Şurasının üzvü Con Kirbi jurnalistlərə bildirib. “Görək, [Moskvadakı] söhbətdən nə çıxacaq”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button