İdman

İbrahimoviç koronavirusa yoluxdu

“Milan”ın hücumçusu Zlatan İbrahimoviçdə koronavirus aşkarlanıb.

AzToday.az xəbər verir ki, bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.

39 yaşlı təcrübəli futbolçudan götürülən sonuncu test müsbət nəticələnib. Bu üzdən də isveçli forvard karantinə alınıb.

Xatırladaq ki, ötən gün komandanın braziliyalı müdafiəçisi Leo Duartenin də koronavirusa yoluxduğu açıqlanmışdı.

İbrahimoviç koronavirusa yoluxması ilə bağlı fikirlərini bölüşüb. “Twitter” hesabında paylaşım edən 38 yaşlı forvard xəstəliyi simptomsuz keçirdiyini bildirib: “Dünənki testin nəticəsi mənfi, bugünkü isə müsbət oldu. Heç bir narahatlığım yoxdur. Koronavirus mənə meydan oxumağa cəsarət etdi. Məncə, pis ideyadır”. (Qafqazinfo)

Bənzər yazılar

Back to top button