Siyasət

REAL sədri adını çəkmədiyi ünvana od püskürdü: “Həbsdən qorxan var?”

“Dialoqdan ancaq özündən nagüman adam qaçar”.

AzToday.az xəbər verir ki, bunu REAL sədri İlqar Məmməov onu siyasi arenada tənqid edənlərə cavabında deyib. Sədr dövlət adından hədələndiyini bildirib:

“Dövlətin zəhrimarlı sifətini ömründə görməyən, ona cavab olaraq öz tərs sifətini çıxarıb ortaya qoymayan, ölümün gözünə dik baxıb cırmaqlaşaraq hakimiyyətlə bərabər söhbət haqqı qazanmağın nə olduğunu qanmayan bir şapalaqlıq movqe sahibləri gəlib bizə ağıl verirlər. Bəlkə də dövlətin adından hədələyirlər. Dövlət məni yenidən həbs edəcəkmiş, bu da “haqlı” olduğuna sevinəcəkmiş. Tutacaqsa, dünəndən tutsun! Həbsdən qorxan var? Məni tutanda yenə ağ günə çıxacaq? Dialoqdan ancaq özündən nagüman adam qaçar”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İlqar Məmmədov özünə inandığını və söhbətin haraya qədər davam edə biləcəyini nəzarətdə saxladığını vurğulayıb:

“Kim titrəyirsə ki, dövlətin zəhmi onu üz-üzə danışıqlarda basıb yeyər, siyasi dialoqdan kənar durur, iş görmək istəyənləri gözdən salmağa çalışır. Qoymayın bu ölkədə dürüst adam qalsın, hamını ləkələyin, altınızı batırıb oturun üstündə. Xalqımın Cümhuriyyət marağına xidmət edirəm. Buna əminəm. Bir şapalaqlıq siyasi movqe sahibləri isə heç özlərinə əmin deyillər deyə, bizi gör nə ilə qorxudurlar”.

Bənzər yazılar

Back to top button