GDU korrupsiya ittihamları ilə bağlı açıqlama yaydı

by Aztoday Xəbər Portalı

əzi kütləvi informasiya vasitələrində Gəncə Dövlət Universiteti və onun rəhbərliyi ilə bağlı böhtan xarakterli məlumatlar dərc edilmişdir.Bununla bağlı tam məsuliyyətlə qeyd edirik ki, Gəncə Dövlət Universiteti haqqında yayımlanan qərəzli və böhtan xarakterli məlumatlar tamamilə əsassızdır, reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Saytlara dərc olunmaq ücün universitetdəki inkişafı gözü götürməyən naməlum şəxs tərəfindən ayrı-ayrı əməkdaşlarımızın adına yaradılmış saxta profillərdən göndərilən, heç bir insanı və etik normalara sığmayan, mətbuatı çaşdırmaq üçün uydurulmuş bu cür iftira və yalanlar kiminsə marağı xatirinə virtual məkana yol tapmışdır.

Gəncə Dövlət Universitetinin Mətbuat Xidmətindən verilən məlumatda deyilir:

Məlumatda daha sonra bildirilir: “Bu cür dezinformasiyalar cəmiyyət arasında heç də birmənalı qarşılanmır. Ən azından universitetdə təhsil alan tələbələr və müəllim kollektivi böhtan xarakterli bu məqalələri qətiyyətlə pisləyir və öz iradlarını bildirirlər.

Bildirmək istəyirik ki, professor Yusif Yusibovun rektor olduğu dönəmdə Gəncə Dövlət Universitetinin inkişafı yüksək nailiyyətlərlə şərtlənib. Bu illər ərzində universitetin infrastrukturu müasirləşdirilib, maddi texniki bazası zənginləşdirilib, kadr potensialı yüksəldilib, həmçinin ali təhsil müəssisəsinin dünyanın, xüsusən də Avropanın qabaqcıl elm-təhsil mərkəzləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formada əməkdaşlıq əlaqələri genişlənib.

Məlum olduğu kimi, respublikamızda qərb regionunda ilk dəfə Gəncə Dövlət Universitetində “İnnovasiyalar Deportamenti” yaradılmışdır. Sevindirici haldır ki, onun fəaliyyəti nəticəsində universitet bir çox xarici ölkələrin ali təhsil müəssisələri ilə əlaqələr qurmuş, maraqlı təcrübə mübadilələri aparmışdır. Bu əlaqələr bu gün də uğurla davam etdirilir.

Respublikamızın bütün ali təhsil müəssisələri kimi Gəncə Dövlət Universiteti də bu çətin pandemiya şəraitində dərslərin və imtahanların online qaydada təşkilini yüksək səviyyədə təmin etmişdir. İstər universitetdə təhsil alan, istərsə də bu il universitetə daxil olan gənclərin yeni tədris ilində “Microsoft

Teams” proqramı ilə dərslərin yenə də online şəkildə keçirilməsi yüksək səviyyədə təmin edilmişdir və burada “İnnovasiyalar Deportamenti”nin rolu və əməyi danılmazdır.

Universitetdə ştat cədvəlinin şişirdilməsi ilə bağlı cəfəngiyyatlar da söylənilir. Xüsusilə, texniki işçilərin çox olması ilə bağlı fikirlər səsləndirilir. Halbuki, beş tədris korpusu olan bir universitetdə texniki işçilərinin sayı normaya uyğundur.

Pandemiya dövründə kollektivin hər bir üzvünün əməkhaqqı ilə təmin olunması vaxtından əvvəl həyata keçirilmişdir. Qeyd edək ki, hər bir universitet əməkdaşına ödənilən əməkhaqqı müvafiq qanunla tənzimlənir.

Ümumiyyətlə, saxta müraciətdə yazılanlarla bağlı bildirmək istəyirik ki, kimlərsə araqarışdırmaq üçün böhtan xarakterli yazıları yazıb, bu məktubdan xəbəri olmayan ayrı-ayrı şəxslərin adından kütləvi informasiya vasitələrinə göndərirlər. Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrində gedən böhtan xarakterli bu yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yalan və böhtanları Gəncə Dövlət Universitetinin bütün kollektivinə qarşı yönəlmiş hesab edirik.

Biz buradan üzümüzü bəzi saytlara və qəzetlərə tutub xahiş edirik ki,Gəncə Dövlət Universitetində görülən işləri görmədən yalan və şantaj xarakterli anonim şəkildə göndərilmiş yazıları dərc etməyəsiniz, özündə heç bir fakt daşımayan məlumatları araşdırmadan yaymayasız.

Bu yazılanları araşdırmaq həm də KİV haqda qanunun tələbidir”.

Qlobal.az olaraq qeyd edək ki, bir neçə gün öncə Gəncə Dövlət Universitetinin bir qrup müəllimi adından dövlət başçısına, birinci vitse-prezidentə və Təhsil Nazirinə ünvanlanana şikayət məktubunda universitetdə tüğyan edən korrupsiyadan danışılırdı.

Həmin yazı ilə buradan tanış ola bilərsiz: https:https://www.aztoday.az/news/122069.html

Qlobal.Az

Bənzər Yazılar