Hadisə

Qorxmaz Hüseynovun qardaşı bir ailəni necə bədbəxt edib?!

“SOCAR-ın Neft Kəmərləri İdarəsinin Satınalmalar şöbəsinin müdiri Behbud Hüseynov məni şirnikləndirici vədlərlə aldadaraq, böyük ziyana saldı. İllərdir onun üzündən banklara olan kredit borcumu qaytara bilmirəm”.

Bu sözləri tia.az-a açıqlamasında paytaxt sakini Nəsibov İlqar Əşrəf oğlu bildirib.

O qeyd edir ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun qardaşı Behbud Hüseynovla yaxın münasibəti olub:

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Günün birində qayıtdı ki, qardaşının rəhbəri olduğu “Azərsu”nun elektron sayğaclarının batareyasını gətirsək, ikiqat gəlir əldə edəcəyik. Hətta bununla bağlı Çin bazarını araşdırdığını, qardaşından da xeyir-dua aldığını söylədiklərinə əlavə etdi. Bildirəndə ki, mənim sərmayə qoymağa vəsaitim yoxdur, o halda daha bir təkliflə çıxış etdi. Bildirdi ki, əgər ortaq tapsan, gəliri üç hissəyə də bölə bilərik. Maddi vəziyyətim aşağı olduğuna görə, bu təkliflə razılaşdım və digər dostumu da işə qatdım”.

Şikayət müəllifi iddia edir ki, həngamə də elə bundan sonra başlayıb:

“Baxmayaraq ki, o hadisənin üzərindən dörd il ötüb, heç bir gəlir əldə etməmişəm. Ortaq dostumun davamlı təkidindən sonra ona çatan pulu hissə-hissə qaytarsa da, mənə çatacaq 35 mini qaytarmır. Bu səbəbdən hazırda yaşadığım mənzil bankda kreditdədir. Dəfələrlə bu barədə Behbud Hüseynova və qardaşı Qorxmaz Hüseynova rəsmi müraciət etsəm də, müxtəlif bəhanələr gətirilib. Bu ilin avqust ayında Qorxmaz Hüseynovun müavini Elman Məmmədov məni qəbul edib müxtəlif vədlər verib. Bir həftə sonra isə açıq şəkildə məni təhdid etdi. Şikayətimi geri götürməyəcəyim təqdirdə başıma oyun açacağını bildirdi”.

İlqar Nəsibovun sözlərinə görə, “Azərsu” rəsmi müraciətinə etinasız yanaşır:

“Bildirdilər ki, bu onların səlahiyyətinə aid məsələ deyil. Amma əslində isə birbaşa əlaqəsi var. Çünki Behbud qardaşının “Azərsu”da rəhbər olmasını və məhz onun dəstəyilə elektron su sayğaclarının batareyalarını satacağımızı bildirib. Yox əgər yalan danışıbsa, bu dələduzluqdur. Bu halda da “Azərsu” məsələyə rəsmi münasibət bildirməlidir. Onlar müraciətə cavabında qeyd edirlər ki, guya mənim iştirakımla araşdırma aparılıb. Lakin mənim iştirakım olmayıb. Bütün bunlar göstərir ki, Behbud Hüseynov qardaşına güvənərək, məni və ailəmi bədbəxt edir. Dərdimizi deməyə adam tapmırıq. Bundan öncə isə “Təhsil evi” Tədris Mərkəzini ortaq işlətsək də, oradan da heç bir gəlirim olmayıb. Tədris Mərkəzinin fəaliyyəti ilə bağlı təkidlə hesabat tələb edəndə mənə “qara kassa” təqdim olunub və o zaman bəlli olub ki, Mərkəzin 300 min AZN-dən artıq dövriyyəsi var. Bu qədər dövriyyəyə baxmayaraq, mənə heç nə çatmayıb. Hər dəfə digər ortaq direktorla bir araya gələrək bəhanə gətirib ki, guya heç bir gəlir yoxdur”.

Şikayətçi bildirir ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək və bütün qaranlıq məsələlərə aydınlıq gətirəcək.

Bənzər yazılar

Back to top button