Cəmiyyət

Apteklərdə bu dərmanlar niyə yoxa çıxıb? (VİDEO)

Son vaxtlar apteklərdə ucuz dərmanlar tapılmır. Bəzi vətəndaşlar belə düşünür. Onlar deyirlər ki, xüsusilə də virusların geniş yayıldığı bu dövrdə hər kəs üçün əlçatan olması baxımından apteklərdə ucuz dərmanların satışının təşkili daha yaxşı olardı. Söhbət rusiya istehsalı olan və qiyməti avropa istehsallı dərmanlardan ucuz olan dərmanlardan gedir.

AzToday.az xəbər verir ki, bu vətəndaş kimi, çox sayda insan son vaxtlar apteklərdən ucuz dərmanlar tapa bilməməkdən şikayətlənirlər.

Onlar iddia edirlər ki, qiymətləri Avropa ölkələrinin istehsalı olan dərmanlardan xeyli ucuz Rusiyanın istehsalı olan dərmanların satışı bir çox aptekdən yığışdırılıb.

Vətəndaşların sözlərinə görə, indiyədək almağa öyrəşdikləri dərmanlar ucuz olsa da, bu dərmanlar soyuqdəymə, qrip və ürək ağrıları kimi səhhətdə yaranan ənənəvi problemləri aradan qaldırmağa imkan verirdi. Vətəndaşlar xüsusilə də müxtəlif virusların geniş yayıldığı son illərdə belə ucuz dərmanlara daha çox ehtiyac olduğunu deyirlər.

Əczaçılar isə deyirlər ki, belə dərmanların tapılmaması onların ümumiyyətlə depoda olmamasından qaynaqlanır.

Vətəndaşlardan gələn istəkləri isə əczaçılar həmin dərmanların əvəzedicilərini təklif etməklə qarşılamağa çalışırlar.

Bənzər yazılar

Back to top button