Dünya

Peyğəmbəri təhqir edən jurnal redaksiyasının yaxınlığında qan töküldü

Şəxsiyyəti məlum olmayan bir adam əlində bıçaq qalmaqallı satirik qəzet “Şarli Hebdo”nun keçmiş redaksiyasının yaxınlığında insanlara hücum edib.

Qaynarinfo xəbər verir ki, bu hadisə Parisin 11-ci bölgəsində baş verib. BFMTV kanalının verdiyi məlumata görə, dörd nəfər yaralanıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

Hadisə yerindən qaçan təcavüzkar indi axtarışdadır. Məhəllə polis tərəfindən bloklanıb. Son məlumata görə, hücum iki nəfər tərəfindən həyata keçirilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

Qeyd edək ki, bir müddət əvvəl beynəlxalq terror təşkilatı Əl-Qaidə Fransız həftəlik satirik “Şarli Hebdo” redaksiya heyətini təhdid edib. Silahlılar Məhəmməd peyğəmbərin karikatrularını yenidən çap etdikləri üçün beş il əvvəl törədilən terror aktını təkrarlayacaqlarına söz veriblər.

Bəyanat 2015-ci il terror hücumunun ortaqları ilə bağlı məhkəmənin başlanması ilə əlaqədar karikatirların yayımlanmasından sonra ictimaiyyətə açıqlanıb.

Onu da qeyd edək ki, 2015-ci ilin yanvar ayında Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub, nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb. Bundan sonra redaksiyanın ünvanı dəyişib.

15:47

Fransa paytaxtında Place de la Bastille bölgəsində keçmiş “Şarli Hebdo” qəzet binasının qarşısında yoldan keçənləri bıçaqlamaqda şübhəli bilinən şəxsi polisin saxladığı deyilir.

Bənzər yazılar

Back to top button