Hadisə

Dövlət Gömrük Komitəsinin yeni xidməti tənqid olundu – FOTO

“Gömrük Komitəsinin vətəndaşlara “xaricdən 3 corab gətirəndə də ASAN loginlə həm daşıyıcı şirkətə, həm bizə bəyannamə ver” dediyi tətbiqi yoxladım. Tətbiq ingiliscə açılır, hələ 5-10 nəfər yoxlayıb, artıq gec yüklənir. Azərbaycan dilinə çevirirsən, telefon nömrəsi yerinə hərflər yazırsan, qəbul edir. İzləmə ID yerinə hərflərlə cümlə yazırsan, qəbul edir”.

AzToday.az xəbər verir ki, bunu ictimai fəal Bəxtiyar Hacıyev bildirib.

B.Hacıyev proqramın ancaq ingilis dilində olmasını da tənqid edib: “Malların təsnifatı ancaq İNGİLİS dilindədir. Məsələn, hansısa rayonda yaşayan, Türkiyədən məmədan alan biri nə bilsin Bra nə deməkdir?
Növbəti mərhələlər də ingilis dilində çıxır. Məsələn, mən Medellin, Kolumbiyadan Escobar LTD-nin göndərdiyi 3 ton kokoa tozunu bəyan etmək istəyirəm, ingiliscə yazırlar. Axırda gətirib bəyannaməni təqdim etmək istəyirsən, yazırlar “xəta baş verdi”. Vətəndaşın bəyannamədə düzəliş etmək imkanı da yoxdur”.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

“Hörmətli Dövlət Gömrük Komitəsi, biz belə vəziyyətdə olan tətbiqi nəinki mətbuata, heç dost-tanışa göstərmirik ki, ayıbdır. Siz vətəndaşın ayda 300 dollarlıq xaricdən alış-verişini də çox görüb, öz ticarət mərkəzlərinizdən daha baha almaları üçün qarşılarına əngəllər yaratmısınız, onu da bu səviyyədə, test etməmiş, başdan-ayağa xətalarla. Ayıbdır, normal işlərlə məşğul olun, imkan verin vətəndaş asan yolla ucuz mallar alsın, daşıyıcı şirkətlər də birbaşa sizə bəyan eləsin”, – deyə ictimai fəal vurğulayıb.(Dominant.az)

Bənzər yazılar

Back to top button