Dünya

Facebook Rusiya ilə bağlı üç böyük hesab qrupunu ləğv etdi – Səbəb

Facebook xarici müdaxilə siyasətini pozan üç hesab şəbəkəsini sildiyini açıqlayıb.

Qaynarinfo Facebook-un mətbuat xidmətinə istinadla bildirir ki, bütün bu şəbəkələr Rusiya mənşəli olub.

Şirkətə görə, silinib lğv edilən şəbəkələrdən biri 214 istifadəçi hesabından, 35 ictimai səhifədən və 18 Facebook qrupundan və daha 34 Instagram hesabından ibarət olub. Şəbəkənin Suriya və Ukraynadakı vəziyyətlə bağlı yalan məlumatlar yaydığı və Türkiyə, Yaponiya, Ermənistan, Gürcüstan, Belarus, Moldova və ABŞ və İngiltərəni hədəf aldığı iddia edilib.

Bütün növ saytların yığılması - EMBLEM.AZ saytlarin yigilmasi

İkinci şəbəkə beş hesabdan, bir ümumi səhifədən, bir Facebook qrupundan və bir Instagram hesabından ibarət olub. Onun vasitəsi ilə şirkətə görə, Türkiyə, ABŞ və Avropa ölkələrində yalan məlumatlar yayılıb.

Üçüncü şəbəkəyə 23 hesab və Facebookdakı 6 ictimai səhifə və 8 Instagram hesabı daxil edilib. Bu şəbəkənin köməyi ilə Belarus və Ukraynadakı hadisələr, habelə ABŞ-dakı vəziyyət, prezident seçkiləri və Rusiya Federasiyasının digər ölkələrlə əlaqələri barədə məlumatlar yayılıb.

Bənzər yazılar

Back to top button