Sağlamlıq

ÜST: “Kütləvi peyvəndə qədər COVİD-19-dan 2 milyon insan ölə bilər”

Geniş miqyaslı peyvəndləməyə qədər 2 milyondan çox insan koronavirus qurbanı ola bilər.

Qaynarinfo xəbər verir ki, belə bir proqnoz Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən verilib.

“Təsəvvür etmək çətindir, amma bunu qeyri-mümkün adlandırmaq olmaz. Beynəlxalq səviyyədə razılaşdırılmış fəaliyyət bu cür ciddi nəticələrin qarşısını almağa kömək edə bilər”, – BMT-nin Fövqəladə Hallar Agentliyinin proqram rəhbəri Mayk Rayan “Reuters” agentliyinə bildirib.

Qeyd edək ki, ÜST-ün məlumatlarına görə, dünya miqyasında COVID-19-a yoluxma nəticəsində 980 mindən çox insan ölüb.

Bənzər yazılar

Back to top button