Dünya

Nobel mükafatçısı Trampı tənqid etdi

2017-ci il Nobel Sülh mükafatı laureatı – Beynəlxalq Nüvə Silahının Qadağan Olunması üzrə Təşkilat (ICAN) ABŞ prezidenti Donald Trampın İranla bağlı strategiyasını tənqid edib.

AzToday.az report-a istinadən xəbər verir ki, bunu “ICAN”-ın icraçı direktoru Beatris Fin bəyan edib.

“MAQATE-nin İranın bütün şərtlərə əməl etməsini dəfələrlə bəyan etməsinə baxmayaraq, Trampın bu ölkə ilə bağlı razılaşmanı pozmaq cəhdləri bir daha dünya qarşısnda duran böyük nüvə təhlükəsi barədə xatırlatmadır və bütün ölkələrin bu silahı qadağan etməsinə, məhv etməsinə işarədir”, – deyə o qeyd edib.

Onun qənaətinə görə, Tramp öz hərəkətləri ilə yeni münaqişəni alovlandırır. ABŞ prezidenti nüvə müharibəsi təhlükəsini azaltmır.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button