İqtisadiyyatManşet

Natiq Cəfərli Gömrük Komitəsinə: “Elə bilirsiz ki, o dünyada da qapıda sizi qoyub, camaatı yoxladacaqlar?!”

İqtisadçı Natiq Cəfərli Dövlət Gömrük Komitəsini tənqid edib.

AzToday.az-ın xəbərinə görə, N.Cəfərli deyib: “Hörmətli Gömrük Komitəsi, əziz məlum kənd əhli, tutalım, İstanbuldan lap elə 4 köynək almışam, niyyətim də bunun 3-nü dostlarıma hədiyyə etməkdir – bundan sizə nə?! Əliaçıq, dostcanlı oğlanam, sonra?! Siz biçarələrə deyəndə ki, sizin Gömrük orqanının fəlsəfəsindən xəbəriniz yoxdur – inciyirsiz, ordan-burdan xəbər göndərirsiz ki, bu Cəfərli nə istəyir e bizdən?! Canınıza …. sağlıq istəyirəm, sizi başa salana qədər yazacam, danışacam, siz nə vaxtdan din xadimi olduz ki, insanların niyyətini də sorğulamağa başladız?! Elə bilirsiz ki, o dünyada da qapıda sizi qoyub camaatı yoxladacaqlar?!”.

Qeyd: Komitənin “Hər ay xaricdən üç köynək gətirsəniz, məqsədinizin “başqa” olduğu anlaşılacaq” açıqlaması gülüşə səbəb olub.

Bənzər yazılar

Back to top button