Dünya

Lukaşenko Makronun istefa çağırışına belə cavab verdi

Belarus prezidenti Lukaşenko Fransa prezidenti Emmanuel Makronun istefa çağırışına cavab verib.

Qaynarinfo xəbər verir ki, Makron “Le Journal du Dimanche” jurnalına açıqlamasında Lukaşenkonun öz vəzifəsindən getməyin zəruri olduğunu və onun “demokratiyanın məntiqi”ni qəbul etməli olduğunu deyib.

BELTA-ya görə, Lukaşenko Makrona cavabında deyib ki, o özü “sarı jiletlilər”in etirazları başlayan kimi istefa verməliydi. O, hesab edir ki, bir neçə il əvvəl başlayan “sarı jiletlilər”in etirazları artıq Fransada adi bir hala çevrilib.

Lukaşenko Fransa şəhərlərində baş verən müsəlman etirazlarını da xatırladıb. Bir zarafat olaraq Lukaşenko hakimiyyətin etirazçılara ötürülməsi üçün danışıqlar platforması olaraq özünü Parisə təklif edib.

“Təcrübəli bir siyasətçi kimi yetişməmiş Makrona məsləhət görürəm ki, cənab Makron az sağa-sola baxsın, onun əvəzinə Fransanın daxili işləriylə məşğul olsun”, – Lukaşenko əlavə edib.

Bənzər yazılar

Back to top button