Qismən səfərbərlik nədir? – Hərbi ekspert açıqladı

by Aztoday Xəbər Portalı

“Hansısa hərbi peşələr üzrə, yaş qruplarına baxaraq konkret nə qədər adam lazımdırsa, ona uyğun səfərbərlik elan oluna bilər”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Azad İsazadə Prezident İlham Əliyevin Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncamını şərh edərkən deyib. Onun fikrincə, qismən səfərbərlik şərti anlayışdır:

“Konkret olaraq onun altında nə nəzərdə tutulur, bu, əlavə normativ sənədlərdə göstəriləcək. Hansısa hərbi peşələr üzrə, yaş qruplarına baxaraq, konkret nə qədər adam lazımdırsa, qismən səfərbərlik elan oluna bilər. Məsələn, tibb və rabitə işçiləri səfərbər olunur. Qismən səfərbərlik bütün tibb işçilərinə şamil olunmur. Əsas cərrahlar səfərbər olunur. Rabitə işçilərindən isə konkret olaraq hansısa texnika ilə işləyənlər səfərbər olunacaqlar. Bundan əlavə, sürücülər, tank sürücüləri ehtiyatda olan tank qoşunlarında qulluq keçmiş hərbicilər orduya çağrıla bilər”.

Azad İsazadə qeyd edib ki, qismən səfərbərlikdə 100 nəfər seçilir:

“Ammadeyək ki, orduya konkret gün üçün 10 nəfər lazımdır. Bütün 100 nəfəri səfərbər etmirlər, Səfərbərlik üzrə idarə onların arasından 10 nəfəriseçir və rayonlara bölüşdürür. Əgər sabah yenə də adam lazım olsa, qalan 90 nəfərin arasından seçilir. Bundan əlavə,bir səfərbərlik forması da var. Söhbət təkcə insanlardan deyil, texnikadan və ehtiyatlardan gedir. Belə bir anlayış var – yarı hərbi məhsul. Hərbidə də,mülkidə də istifadə oluna bilər. Deməli, ordu üçün lazım olan bütün maşınlar səfərbər olunur. Məsələn, yük daşımaq üçün maşınlarvə pikaplar. Hansı ki, mürəkkəb relyefiolan yerərdə “cip”lər işləyir”.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb.

Bənzər Yazılar