Dünya

ABŞ məhkəməsi Trampın TikTokla bağlı fərmanını blokladı

ABŞ-ın Vaşinqtondakı Regional Bölgə Məhkəməsi Prezident Donald Trampın Çin tətbiqi olan TikTok-un yüklənməsini qadağan edən fərmanının müvəqqəti olaraq dayandırılmasına qərar verib.

Qaynarinfo xəbər verir ki, bu haqda “The Wall Street Journal”ın (WSJ) yaydığı məlumatda deyilir.

Qərarın fərmanın qüvvəyə minməsindən dörd saat əvvəl verildiyi qeyd olunur. Bu, TikTok sahibi olan şirkətə ABŞ və Çin səlahiyyətlilərindən təsdiq almaq üçün daha çox vaxt verəcək.

Xatırladaq ki, bundan bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp Oracle və Walmart tərəfindən Çin sosial şəbəkəsinin TikTok-un alınması ilə bağlı müqaviləyə qabaqcadan razılıq versə də, razılaşmanı başa çatdırmaq üçün yalnız amerikalıların deyil, Çin səlahiyyətlilərinin də razılığı tələb olunur.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button