Dünya

Tramp koronavirusdan ölsə, yerinə kim gələcək? – ABŞ bunu müzakirə edir

ABŞ-da prezident Donald Trampın koronavirusa yoluxaraq öləcəyi təqdirdə yerinə kimin gələcəyi müzakirə edilir.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-da prezident Donald Trampın və vitse-prezident Mayk Pensin ölüm senariləri ABŞ Konqresi və Nümayəndələr Palatasının üzvləri, hüquqşünaslar və ölkə siyasətinə istiqamət verən şəxslər arasında müzakirələrə yol açıb. Mütəxəssislər onların koronavirusdan öləcəkləri təqdirdə ölkəni kimin idarə edəcəyi barədə bir planın olmadığını bildirirlər.

Hüquqşünaslar bu senari baş verəcəyi halda böyük konstitusional böhran yaşana biləcəyi barədə xəbərdarlıq edirlər. Belə ki, 1886 və 1947-ci ildə konstitusiyaya edilən dəyişiklikdə ikisinin birdən öləcəyi təqdirdə ölkəni kimin idarə edə biləcəyinə dair qanun yoxdur.

Bəzi hüquqşünaslar bu vəzifəni Pompeonun icra edə biləcəyi qənaətindədirlər. Çünki o prezidentin partiyasının üzvüdür və idarəçilikdə yer alıb.

Bəziləri isə bu vəzifəyə Nümayəndələr Palatasının spikeri Nensi Pelosini düşünsələr də, qanunda belə bir şey öz əksini tapmayıb.

Bənzər yazılar

Back to top button