Tərtərin deputatı cəbhə xəttində: “Ermənilər heç zaman bu qədər itkilərinin olduğunu etiraf etməmişdilər”

by Aztoday Xəbər Portalı

Xəbər verdiyimiz kimi, canlı bağlantıyla BakuTv-nin efirinə qoşulan müxbiri cəbhə xəttində olan yeniklərlə əhalini məlumatlandırıb.

AzToday.az sonxeber.az-a istinadən xəbər verir ki, Tərtər rayonunun deputatı Sahib Alıyev də sözügedən cəhbə bölgəsində olub. Deputat canlı bağlantıyla müsahibə verib:

“Ümumilikdə götürsək, hazırda Azərbaycanda əhval-ruhiyyə necədirsə, Tərtərdə də o cürdür, hətta daha da artıqdır. Çünki daim Tərtər camaatı erməni işğalçılarının, geosiyasi alətlərin atəş zərbələri altında olub. Atəş intensivdir, ermənilər hara gəldi atırlar. Onların hədəfləri yenə də mülki obyektlər, mülki insanlardır. Təəssüflə qeyd etmək istəyirəm ki, mülki insanlar arasında şəhidlərimiz var. Ordumuz ermənilərin cavabını verir. Gərək Minsk Qrupu həmsədrləri, vasitəçi dövlətlər, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri üzərlərinə düşən öhdəliyə əməl etsinlər. Axı ölkə Prezidenti həm daxili auditoriya qarşısında, həm beynəlxalq platformada, BMT Təhlükəsizlik Şurasının Baş Assambleyasındakı çıxışında, ümumi debatlar zamanı işğalçi Ermənistanın genişmiqyaslı əməliyyatlara hazırlaşdığını demişdi.

Dünya birliyini işğalçılığa qarşı “dur” deməyə çağırmışdı. Təəssüf ki, bu xəbərdarlıqları yetərincə qiymətləndirə bilmədilər. Nəticə göz önündədir. Ermənilər heç zaman bu qədər itkilərinin olduğunu etiraf etməmişdilər”.

Bənzər Yazılar