Siyasət

Qarabağ münaqişəsi üzrə rusiyalı ekspert: “Böyük müharibə ehtimalı var”

Ermənistan və Azərbaycan arasındakı qarşıdurmanın növbəti raundu proqnozlaşdırılırdı.

Qaynarinfo xəbər verir ki, bu sözləri tarix elmləri doktoru, Sankt-Peterburq Dövlət Universitetinin postsovet məkanında beynəlxalq münasibətlər kafedrasının dosenti Niyazi Niyazov deyib.

O, Rosbalt müxbirinə bildirib ki, bunu ölkələr arasındakı münasibətlərin əvvəlki təcrübəsi göstərirdi, çünki sülh yolu ilə həll prosesində heç bir nailiyyət yox idi.

“2016-cı ildə münaqişə zonasında ilk ciddi toqquşma baş verəndə ərazinin bir hissəsi Azərbaycana keçdi. Bundan sonra Ermənistan prezidenti Serj Sarkisyan ölkənin güzəştə gedəcəyinə söz verdi və tərəflər Moskvanın dəstəyi ilə, sülh yoluyla nizamlanmaya nail olmaq üçün addımlar atdı. Ancaq Ermənistandakı inqilabdan sonra Nikol Paşinyan hakimiyyətə gəldi və vəziyyət mənfi istiqamətdə dəyişməyə başladı, danışıqlar prosesi boşa çıxdı. Azərbaycan prezidenti İlham Əliyev münaqişənin həlli prosesinin onun ölkəsinə sərf etmədiyini söylədi. Əslində, tarixən Dağlıq Qarabağın bir hissəsi olmayan beş rayonun qaytarılması və habelə kommunikasiyanın bərpa olunmasını nəzərdə tutan “Lavrov planı” pozuldu”, – ekspert qeyd edib.

Ona görə, artıq Qarabağdan kənarda, iki ölkə arasındakı sərhəddə son qarşıdurmanın 2020-ci ilin yayında baş verdiyini xatırladıb və bu, artıq sentyabr ayında baş verə biləcək hərbi əməliyyatların yenidən başlayacağını göstərirdi.

“Məncə, hazırda böyük müharibə ehtimalı var. Hər yeni gün nizamlanmada irəliləmənin olmaması hər iki tərəf üçün ciddi xərclər, böyük itkilərlə nəticələnəcək genişmiqyaslı tədbirləri yaxınlaşdırır. Eyni zamanda, Azərbaycanın ərazilərinin heç olmasa bir hissəsinin güc yolu ilə qaytarılmasına nail olmaq əzmində olduğu nəzərə çarpır, çünki ölkənin siyasətçiləri və vətəndaşları danışıqlar prosesindən və danışıqların aparıcısı Paşinyanla bağlı tamamilə məyus oldular”, – Niyazov deyib.

Bənzər yazılar

Back to top button