Siyasət

Türk Şurası Qarabağ münaqişəsi ilə bağlı bəyanat yaydı

Türk Şurası Qarabağda gedən münaqişə ilə bağlı bəyanat yayıb.

Türk Şurasının Qazaxıstandan olan baş katibi Bağdad Amreyev adından yayılan bəyanatda deyilir:

“Türk Şurası beynəlxalq hüququn norma və prinsiplərinə sadiq olduğunu bir daha təsdiqləyir və Ermənistan – Azərbaycan münaqişəsinin təcili olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında həll olunmasının vacibliyini bir daha vurğulayır.

Bu çərçivədə Türk Şurası BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrdə Ermənistan silahlı qüvvələrini Azərbaycan Respublikasının bütün işğal olunmuş ərazilərindən dərhal, qeyd-şərtsiz və tam şəkildə geri çəkilməyə çağırdığını xatırladır”.

Türk Şurasının baş katibi qarşıdurmada həyatını itirənlər üçün Azərbaycan xalqına başsağlığı verib və yaralananların təcili yaxşılaşmasını diləyib. (oxu.az)

Bənzər yazılar

Back to top button