Dünya

Putin: “COVID-19 peyvəndi etdirib Cənubi Koreyaya gedəcəyəm”

Rusiya Prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd olunduqdan sonra Cənubi Koreyanı ziyarət etməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu haqda Cənubi Koreyalı həmkarı Mun Çje İnə ölkələr arasında diplomatik münasibətlərin 30-cu ildönümü münasibətilə telefon danışığında o özü deyib.

“Mən şəxsən Rusiya peyvəndi etdirib gələcəyəm”, – Putin deyib.

Dövlət başçıları Seul və Moskva arasındakı münasibətlərin inkişafını ətraflı müzakirə etmək niyyətindədirlər. Tərəflər indi əsasən azad ticarət xidmətləri, sərmayələr və Cənubi Koreyalı müəssisələr üçün Primoryedə sənaye zonası yaradılması barədə danışıqlar aparırlar.

Bənzər yazılar

Back to top button