Hadisə

Müşviq Mədətov və Vəli Vəliyev saxlanıldı

Hüquq-mühafizə orqanlarının əməkdaşları Azərbaycan prezidenti Mühafizə xidmətinin sabiq əməkdaşı Muşviq Mədətovu və onun dostu Vəli Vəliyevi məsələ aydınlaşdırılana qədər saxlayıblar.

Bu barədə virtualaz.org-a məlumatlı mənbələrdən bildiriblər.

Məlumata görə, Muşviq Mədətovla ona hücum edən insanlar arasında münaqişə olub və onlar beş ay ərzində onunla hesab çəkmək üçün əlverişli fürsət axtarıblar.

Hazırda polis hadisənin araşdırır. Məsələ araşdırılana qədər Muşviq Mədətovun və onun dostu Vəli Vəliyevin saxlanılması barədə qərar qəbul edilib.

Bənzər yazılar

Back to top button