Günün transfer xəbərləri: “Liverpul”un futbolçusu “Reyncers”də
Avropanın əsas futbol ölkələrində yay transfer pəncərəsi iyunun 10-dan açılıb. Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
Canluka Di Martsio, insayder: “Yuventus” və “Torino” Qleyson Bremerin bonuslarla birlikdə 47 milyon avroya transferi ilə bağlı razılığa gəliblər. İndi Turin klubu müdafiəçi ilə razılaşmalıdır”.
Jurnalist Romeo Aqrestidən xəbərlər (Goal): Juventus Qleyson Bremer üçün Torinoya 47 milyon avro (bonuslar daxil) təklif edib.
“Marko Piatsa pulsuz azad agent olaraq “Sampdoriya”ya keçəcək”.
Fabritsio Romano, insayder: “Brayan Brobbi “Ayaks”a geri dönür”.
“Tuttosport” nəşri: “Yuventus” Nikola Milenkoviçi və Alvaro Moratanı heyətinə qatmaq istəyir”.
Baş tutmuş transfer xəbərləri:
23 yaşlı müdafiəçi Morits Yents “Loren” tərəfindən “Seltik”ə icarəyə verilib.
Bayern Münhen”in sabiq hücumçusu Robert Levandovski rəsmi olaraq “Barselona”nın futbolçusudur.
26 yaşlı müdafiəçi Ben Deyvis “Liverpul”dan “Reyncers”ə transfer olunub.
Fanat.az