İdman

Messi zədələndi – ABŞ-a aparılmadı

“Barselona”nın kapitanı Lionel Messi zədələnib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu topuq nahiyəsindən aldığı zədə səbəbindən ABŞ-da keçiriləcək təlim-məşq toplanışına aparılmayıb.

Messinin Barselonada qalacağı və La Liqa başlayanadək klubun təlimlərinə qoşulmağa çalışacağı bildirilib.

Qeyd edək ki, “Barselona” avqustun 7-də “Napoli”yə avqustun 10-da “Miçiqan”a qarşı yoldaşlıq matçı keçirəcək.

Bənzər yazılar

Back to top button