Ərdoğan Consonla Qarabağdakı vəziyyəti müzakirə etdi

by Aztoday Xəbər Portalı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın Baş Naziri Boris Conson arasında telefon danışığı olub.

Virtualaz.org bildirir ki, bu barədə Türkiyə Prezidentinin Administrasiyası məlumat yayıb.

Məlumatda deyilir ki, müzakirələr zamanı regional məsələlər, xüsusilə Ermənistanın Azərbaycana hücumlarının yaratdığı gərginlik müzakirə edilib: “Rəcəb Tayyib Ərdoğan bölgədəki sülh və sabitlik üçün Ermənistanın öz qoşunlarını işğal altında olan Dağlıq Qarabağdan və ətraf rayonlardan çıxarmalı olduğunu vurğulayıb”.

Həmçinin, R.T. Ərdoğan və B. Conson Şərqi Aralıq dənizindəki hadisələri və Türkiyə ilə Yunanıstan arasındakı gərginliyi müzakirə ediblər.

Bənzər Yazılar