Dünya

COVID-19 qurbanlarının sayı BMT baş katibini şoka salıb

BMT baş katibi Antoniu Quterreş dünyada koronavirus qurbanlarının sayının 1 milyonu ötməsini heyrətləndirici adlandırıb.

Bu barədə “Report” “RİA Novosti”yə istinadən xəbər verir.

“Bizim dünyamız qorxunc həddə çatdı: COVID-19 pandemiyası bir milyon insanın həyatına son qoydu. Bu, heyrətləndirici rəqəmdir”, – baş katibin bəyanatında deyilir.

Onun sözlərinə görə, virusun yayılmasının, iş yerlərinin bağlanmasının, sarsıntıların sonu görünmür.

“Biz problemin öhdəsindən gələ bilərik. Biz səhvlərdən öyrənməliyik. Məsuliyyətli idarəetmə lazımdır. Elm lazımdır. Əməkdaşlıq lazımdır”, – Quterreş qeyd edib.

Qeyd edək ki, ABŞ-ın Cons Hopkins Universiteti dünyada COVID-19-dan ölüm hallarının sayının 1 000 555-ə çatdığını açıqlayıb.

Bənzər yazılar

Back to top button