İqtisadiyyat

Bakıda 30 manata 2-3 günlük kirayə avtomobillər…

Ötən 2-3 il ərzində kirayə avtomobil bazarında canlanma müşahidə edilirdi. İstər avtomobillərin kirayəsini həyata keçirən şirkətlər, istərsə də icarədarların sayında artım var idi.

Bəs, bu artım tendensiyası pandemiya dövrü üçün də səciyyəvidirmi? Hazırkı dövrdə kirayə maşın bazarında hansı qiymət dəyişikliyi baş verir?

Redaktor.az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Cəfərov bütün bu suallara aydınlıq gətirib:

“Pandemiyaya qədər Azərbaycanda avtomobil kirayəsi ilə məşqul olan şirkətlərin sayı artırdı. Statistikanı nəzərə alsaq, həmin dövrdə 10-11 nəfərlik avtomobillərin kirayəsinə daha çox üstünlük verilirdi.

Hazırda pandemiya dövrü olduğundan, avtomobillərin kirayə haqqında artım müşahidə edilmir. Qiymətlər dəyişməz olaraq qalıb. Hətta, avtomobillərin kirayəsi ilə məşqul olan şirkətlər endirim kompaniyaları da təklif edir. Bir günlük kirayəsi 40 manat olan avtomobilin 2-3 günlük kirayə haqqında 20% endirim edilir”.

E.Cəfərov kirayə avtomobil bazarındakı avtomobillərin qiymətinin mühərrik həciminə və seqmentinə görə tənzimləndiyini bildirib. Onun sözlərinə görə, kirayə avtomobil bazarında icarə haqqı 30 manatdan başlayır.

Ekspert əlabə edib ki, kirayə avtomobil istifadə edən müştərilər avtomobili icarəyə götürməzdən əvvəl texniki və vizual baxışın keçirilməsinin tələb etməlidir:

“Avtomobil kirayə götürən şəxslərə məsləhət görürəm ki, sertifikatı olan avtomobil şirkətlərdən əldə etsinlər və müqavilə bağlasınlar. Avtomobilə mütləq texniki və xarici baxış keçirsinlər. Bəzi avtomobil icarəsi ilə məşqul olan şirkətlər vətəndaşları aldadırlar”.

Bənzər yazılar

Back to top button