Bizim seçimCəmiyyətHadisəManşet

Səlim Müslümova sabiq işçisindən ünvanlı şikayət: Vəzifəli şəxslərin uşaqları işə götürülüb

AzToday.az-ın redaksiyasına Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümova Füzuli rayon, Böyük Bəhmənli kənd sakini Bağırov Elsəvər Elman oğlu tərəfindən yazılan müraciət daxil olub.

AzToday.az xəbər verir ki, Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzindən qanunsuz şəkildə işdən cıxarıldığını bildirən Elsevər Bağırov nazirə etdiyi müraciətdə sosial problemləri ilə bağlı kömək istəməklə yanaşı, dövlət qurumunda baş verməkdə olan korrupsiya faktlarını da ifşa edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Hörmətli nazirimiz cənab Səlim Müslümov!

Mən Bağırov Elsəvər Elman oğlu 10 sentyabr 1977-ci ildə Füzuli rayon Böyük Bəhmənli kəndində anadan olmuşam. Ali təhsilliyəm, ailəliyəm iki övladım var, Yap-nın üzvüyəm, öhdəmdə 7 nəfərdən ibarət ailə üzvlərim var. Ağır talasemiya xəəstəliyindən əziyyət cəkən bacım uşağı var. Bacım uşağına mən baxıram.

Cənab nazir 2015-ci il may ayından 2016-ci ilin iyul ayına qədər Füzuli rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzində işləmişəm. 2016-cı il iyul ayında Mərkəzimizin ləğvi ilə əlaqədar olaraq mənə işdən çıxmaq barədə ərizə yazmağım bildirildi. Mən işdən çıxmağım barədə ərizə yazdım. İşdən cıxmağım barədə ərizə yazmağım bildirilərkən mərkəzimizin müdiri və nazirlik rəsmiləri tərəfindən narahat olmağa ehtiyac olmadığını və DSMF-un Füzuli rayon şöbəsində işlə təmin olunacağım bildirildi.

Cənab nazir bütün bu olanlardan sonra dəfələrlə DSMF-nun Füzuli rayon şöbəsinin müdiri Zəfər Hətəmovun qəbulunda olmuşam. Lakin Zəfər Hətəmov DSMF-nun Füzuli rayon şöbəsində işlə təmin olunmağıma hec bir köməklik etməmişdir. Zəfər Hətəmov DSMF-nun Füzuli rayon şöbəsində olan vakant iş yerlərinə şəxsi maraqları cərcivəsində müxtəlif vəzifəli şəxslərin qohumlarını və övladlarını götürmüşdür.

Cənab nazir Zəfər Hətəmovun qeyri-qanuni hərəkləri barədə Füzuli rayon icra hakimiyyətinin başcısı Alı Alıyev və birinci müavini Bağır Aslanova şikayyət etdim, lakin icra hakimiyyətindən mənə Zəfər Hətəmovun onları eşitmədiyini, saymadığını və yuxarıda güclü adamı olduğu bildirildi. Bundan əlavə DSMF-nun Füzuli rayon şöbəsində işləmək ücün ƏƏSM – nazirliyinə müəyyən miqdarda hesab verilməlidir. İcra başcısının müavini bu fikirləri Zəfər Hətəmova istinadən söyləyir.

Cənab nazir Zəfər Hətəmovun işə qəbul etdiyi yeni işcilər arasında icra başcısının müavini Bağır Aslanovun qardaşı oğlu, Füzuli rayon Statistika idarəsinin müdirinin oğlu və başqa vəzifəli şəxslərin övladları var.

Həmin işcilərin bir gündə olsun əmək stajı yoxdur. Bundan əlavə həmin işciləri nə qədər pul qarşılığında işə götürdüyü rayon əhalisi tərəfindən yaxşı bilinir.

Cənab nazir Zəfər Hətəmov kimə və nəyə arxayındırsa DSMF-nun Füzuli rayon şöbəsini şəxsi mülkü hesab edir. Nə mənim nə də atamın pulu var. Ancaq Zəfər Hətəmov bir şeyi unudur ki, mənimdə Cənab İlham Əliyev kimi Prezidentim və Cənab Səlim Müslümov kimi nazirim var.

Cənab nazir Zəfər Hətəmov sizin amal və ideyalarınıza xidmət etmir, Sizin etimadınızdan şəxsi məqsədləri ücün istifadə edir. Zəfər Hətəmov sizin min bir zəhmətlə adını təmizə cıxartdığınız ƏƏSM-Nazirliyinə ləkədir.

Cənab nazir qeyd etdiyim kimi ağır talassemiya xəstəsi olan bacım uşağına baxıram. 2016-cı ilin 27 dekabr tarixindən bacım oğluna dövlət tərəfindən verilən 74 manat məbləğində olan sosial müavinat dayandırılıb. TSEK-dan dayanma səbəbi soruşulduqda Nazirlik tərəfindən uşağa müalicə yazıldığı bildirildi. Maraqlıdır ağır talasemiya xəsdəliyi nə vaxdan müalicə ilə sağalır.

Cənab nazir siz Azərbaycan Respublikası əhalisinin sosial problemlərinin həlli sahəsində müsbət mənada islahatlar kecirən, hörmətli Prezdentimiz İlham Əliyev cənablarına sadiq az saylı nazirlərimizdən birisiniz. Sizə bütün xalqımız kimi məndə inanıram.

Cənab nazir sizdən bacım oğlunun sosial müavinatının dayandırılmasında günahı olan məmurları və məni işləmək hüququndan məhrum edən DSMF-nun Füzuli rayon şöbəsinin müdiri Zəfər Hətəmovun cəzalandırılmasını, təhsilim, ixtisasım və iş təcrübəm nəzərə alınaraq münasib bir işlə təmin olunmağıma köməklik etməyinizi Sizdən xahiş edirəm”.

Müraciətdə səslənən ittihamlara görə, qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

Bənzər yazılar

Back to top button