Hadisə

Erməni təcavüzü nəticəsində ölən və yaralananların sayı açıqlandı (RƏSMİ)

“27 sentyabrda Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı təcavüzə əl atıblar. Davam edən döyüşlər nəticəsində 10 mülki şəxs həlak olub”.

AzToday.az-ın oxu.az-a istinadən məlumatına görə, bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib.

Onun sözlərinə görə, 30 nəfər yaralanıb:

“Ölən və yaralananlar arasında yeniyetmələr var”.

L.Abdullayeva bildirib ki, Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini kobud şəkildə pozaraq, Azərbaycana qarşı növbəti təcavüzə atıb:

“Azərbaycanın Tərtər, Ağdam, Goranboy, Naftalan rayonları Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Ermənistan Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, mülki əhalini və mülki infrastrukturu bilərək nişan alır və atəş açır”.

Bənzər yazılar

Back to top button