Siyasət

Yaxın günlərdə Füzuli və Cəbrayılı azad etdikdən sonra, görəcəyik ki… – Hərbi ekspert

“Yaxın günlərdə biz Füzuli və Cəbrayıl rayonlarını azad etdikdən sonra Ermənistan ordusunun hansı duruma düşəcəyinin şahidi olacağıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib. Ekspert vəziyyətin çox sevindirici olduğunu bildirib:

“Hazırda cəbhənin bütün istiqamətində gedən döyüşlər, ümumiyyətlə, Qarabağın işğaldan azad edilməsi istiqamətində aparılan hərbi əməliyyatlar Azərbaycan ordusu tərəfindən böyük dəstəklə qarşılanır. Vətəndaşlar belə xəbərlərə acdırlar. Uzun illərdir ki, bu xəbərləri eşitmək istəyirdilər. Ona görə də bu proseslərə xalqdan böyük dəstək var. Prosesləri təhlil edərkən belə bir qənaətə gəlmək olar ki, AzərbaycanOrdusunun silahlı qüvvələri Ermənistan ordusunagözlənilmədiyi istiqamətlərdən zərbələr vurmağa başladı və əks hücumla əraziləri azad etməyə nail oldu. Əsas istiqamət Qarabağın Cənub və Ağdərə istiqamətində ermənilərin mövqeyini zəiflətməkdir. Azərbaycan ordusunun üstünlüyü odur ki, silahlı qüvvələr müasir döyüş taktikasından istifadə edir. Bildirmək istəyirəm ki, hazırda Azərbaycan silahlı qüvvələri Ermənistandan asılı olaraq tam nizamlı və yüksək döyüş hazırlığına malik olan şəxsi heyətlə əməliyyatlar həyata keçirir. Ona görə də əməliyyatlar bu qədər sürətlə gedir ”.

Ramil Məmmədlinin fikrincə, terrorçu erməni hərbi birləşmələri, Ermənistan ordusunun hərbi birləşmələri yaxın günlərdə Ağdərədəki bütün mövqelərini itirəcəklər:

“Xankəndi, Əskəran istiqamətində sıxılacaqlar. Çünki proses Qarabağda Ermənistan hərbi birləşmələrinin mühasirəyə alınması istiqamətində gedir. Yəni, əməliyyatın əsas xətti budur. Yaxın günlərdə biz Füzuli və Cəbrayıl rayonlarını azad etdikdən sonra Ermənistan ordusunun hansı duruma düşəcəyinin şahidi olacağıq. Artıq Ermənistan ordusunun hərbiçiləri Dağlıq Qarabağ ərazisində yaşayan erməniləri yaşayış mənqələrini qoyub qaçırlar”.

Bənzər yazılar

Back to top button