Siyasət

“Bu gün Müdafiə Nazirliyindən şad xəbərlər alacağıq…” – Deputat

“Bu gün şübhəsiz ki, Müdafiə Nazirliyindən şad xəbərlər alacağıq”.

Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Fəzail Ağamalı deyib. O bildirib ki, Azərbaycana qarşı son təcavüz aktı törədən Ermənistan ordusu qəhrəman MilliOrdumuz tərəfindən yüksək səviyyədəcavabını almaqda və ona əks-zərbələr endirilməkdədir:

“İki gün ərzində milli ordumuzun, silahlı qüvvələrimizin döyüş əməliyyatları onun yüksək peşəkarlığını, vətənpərvərliyini və rəşadətini təsdiq etməkdədir. 30 ildən yuxarıdır ki, işğal olunan torpaqlarımız bu gün artıq fərqli dönəmini yaşamaqdadır. Ölkə Prezidenti bir neçə gün öncə Ermənistanın törətmiş olduğu təxribatları, onun təcavüzkar xarakter daşıyan siyasətini, eyni zamanda beynəlxalq səviyyədə Ermənistanın bu işğalçılıq siyasətinə qeyri-obyektiv münasibətini açıq mətnlə həm Azərbaycan televiziyalarına vermiş olduğu müsahibədə, həm də Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının sesiyasında söylədi. Və qəti şəkildə xəbardarlıq etdi ki, Ermənistan təxribatlara əl atarsa,Azərbaycan tərəfindən ciddi, ağır və sarsıdıcı əks hücumların nəticələrini görəcəyik. Artıq Ordu Ali Baş Komandanın rəhbərliyi ilə çox yüksək peşəkarlığını, hərbi hazırlığını, vətənpərvərliyini nümayiş etdirir. Düşmən tutmuş olduğu mövqelərdə ağır itkilər verərək geri çəkilir. Son iki gün ərzində ordumuz olduqca ciddi uğurlara imza atdı. İlk növbədə çox böyük strateji əhəmiyyət kəsb edən Murov zirvəsi və onun ətrafındakı yüksəkliklər, eyni zamanda Ağdərə istiqamətində Talış kəndi ətrafındakı yüksəkliklər, Araz boyu istiqamətində bir sıra məntəqələr azad edildi. Ordumuzun dərinliyə qədər artıq əks-hücumları uğurla davam etdirilir”.

Fəzail Ağamalı qeyd edib ki, bu gün çox sevindirici xəbərlər alacağıq:

“Azərbaycanın qəhrəman ordusu Füzuli uğrunda gedən döyüşlərdə qələbə sevincini bizə tədqim edəcək. Bu gün şübhəsiz ki, biz Müdafiə Nazirliyindən bu şad xəbəri alacağıq. Bundan əlavə, bu gün digər xoş xəbərlər də gözlənilir. Xüsusi olaraq Kəlbəcər, Ağdərə istiqamətində bizim ordumuzun hazırda aparmış olduğu döyüşlər və düşmənin göstərmiş olduğu ciddi müqavimət aradan qaldırılacaq və bu istiqamətdə də biz yaxın vaxtlarda qələbə sevincini eşidəcəyik. Bir sözlə, bu gün həm Ermənistana, həm də onu vaxtı ilə müdafiə edən ayrı-ayrı dövlətlərə, beynəlxalq təşkilatlara Azərbaycan öz gücünü və imkanlarını nümayiş etdirdi. Biz güclü dövlətik. Ölkə Prezidentinin dediyi kimi güclü ordumuz var. Azərbaycan xalqının sarsılmaz iradəsi ortalıqdadır. Qətiyyətli və yüksək vətənpərvər Azərbaycan xalqının iradəsinə söykənib öz liderlik keyfiyyətlərini bütün dünyaya nümayiş etdirən rəhbərimiz var. Xalqımız ordumuz, Prezidentimizlə bərabərdir, cəmiyyətimiz isə nikbindir. Və bunun qarşısında heç bir düşmən tab gətirə bilməz. O cümlədən Ermənistan da məğlubiyyətə məhkumdur. Biz indi Azərbaycan xalqı olaraq gözlədiyimiz qələbə sevincinin içərisindəyik. Bütün xalqımız böyük ruh yüksəkliyi ilə döyüş əməliyyatlarını izləyir”.

Bənzər yazılar

Back to top button