İqtisadiyyat

Azərbaycanda işsizlərin sayı yenidən artdı – Rəsmi

Bu ilin fevral ayının 1-nə olan məlumata görə Azərbaycanda 302,4 min nəfər işsiz şəxs olub.

Yeniavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, bu ilin əvvəlindən ötən bir ay ərzində ölkədə işsizlərin sayı 0,2 min nəfər artıb.

Onu da bildirək ki, bu ayın əvvəlinə olan məlumata görə iqtisadi fəal əhalinin sayı 5 milyon 358,9 min nəfər olub, onlardan 5 milyon 56,5 min nəfərini məşğul (işləyən) əhali təşkil edib.

Qeyd edək ki, Azərbaycanda işsizlərin sayı son 19 ildə ən yüksək səviyyəyə 2021-ci ilin əvvəlində çatıb.

İllər İşszilərin sayı
(min nəfər)

1 yanvar 2006 317,8
1 yanvar 2007 291,2
1 yanvar 2008 281,1
1 yanvar 2009 262,2
1 yanvar 2010 260,2
1 yanvar 2011 258,3
1 yanvar 2012 250,9
1 yanvar 2013 243,1
1 yanvar 2014 236,6
1 yanvar 2015 237,8
1 yanvar 2016 243,7
1 yanvar 2017 252,8
1 yanvar 2018 251,7
1 yanvar 2019 253,8
1 yanvar 2020 251,6
1 yanvar 2021 375,9
1 yanvar 2022 315,7
1 yanvar 2023 302,2
1 fevral 2023 302,4

Bənzər yazılar

Back to top button