İrəvan Bakıdan Rusiyaya şikayət etdi: Aman qoymayın…

by Aztoday Xəbər Portalı

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyadakı həmkarı Nikolay Patruşevlə telefon danışıqları aparıb.

Qaynarinfo xəbər verir ki, tərəflər Qarabağda baş verənlərlə bağlı məsələləri müzakirə ediblər.

Qriqoryan təmas xəttindəki vəziyyətdən və Azərbaycanın “münaqişəni Ermənistan ərazisinə ötürmək” cəhdlərindən də danışıb. O, “Türkiyənin sabitliyi pozan mövqeyi” haqqında da danışıb.

Buna cavab olaraq, Patruşev mövcud vəziyyətlə bağlı dərin narahatlığını bildirib. Onun sözlərinə görə, münaqişənin müstəsna şəkildə sülh yolu ilə həlli zəruridir.

Bundan əvvəl, plenar iclas zamanı Dövlət Duması Qarabağdakı vəziyyətlə bağlı qətnamə qəbul edib. Deputatlar bölgədə qarşıdurmanın kəskinləşməsinin qarşısını almaqla yanaşı, dərhal atəşkəsə ehtiyac olduğunu bildiriblər.

Bənzər Yazılar