Belarus TV Lukaşenkonu Nobel Sülh Mükafatına “namizəd” elədi

by Aztoday Xəbər Portalı

Belarus dövlət telekanalında prezident Aleksandr Lukaşenkonun Nobel Sülh Mükafatına namizəd olduğu iddia edilib.

Qaynarinfo xəbər verir ki, ONT Telegram kanalı uydurma hadisələr haqqında yazan “Panorama Information Agency” satirik nəşrinin “saxta” xəbərlərindən sitat gətirərək bu məlumatı tirajlayıb.

Xəbərdə deyilir ki, “Elmin inkişafı üzrə prezident şurasının üzvü, sosioloji elmlərin namizədi” Qalina Kovalenko adlı bir şəxs Lukaşenkonu bu mükafata namizəd göstərib, çünki o, 2020-ci ildə “anarxiya, xarici müdaxilə və vətəndaş müharibəsinə imkan verməyib”.

ONT kanalı bu yazını sarkazmla “layiqli namizəd” başlığı altında təqdim edib.

Bənzər Yazılar