Dünya

Fransanın Ermənistana satdığı radar sisteminin xüsusiyyətləri və qiyməti

Xəbər verdiyimiz kimi, Ermənistanın və Fransanın müdafiə nazirləri – Suren Papikyan və Sebastien Lekornu üç ədəd radar sisteminin satışı barədə müqavilə imzalayıblar.

Yeniavaz.com xəbər verir ki, imzalanan müqaviləyə əsasən Fransa bu ölkənin “Thales Group” şirkəti tərəfindən istehsal olunan “GM200 MM” (Ground Master 200 Multi-Mission) adlı orta mənzilli radar sistemini Ermənistana satacaq.

Məlumat üçün bildirək ki, “GM200 MM” 10 ton ağırlığındadır. Buraya enerji generatoru bloku, 8 metr hündürlükdə antenna, səs və məlumat radio rabitəsi olan 2 iş stansiyası üçün otaq daxildir.

“GM200 MM” 15 dəqiqə ərzində qurula bilir. Uzaqdan və ya yerli olaraq idarə oluna bilər.

“GM200 MM”nin əsas missiyası havadakı (Orta Mənzilli Hava Hücumundan Müdafiə) və qurudakı (Yerüstü Hava Hücumundan Müdafiə) obyektləri aşkarlamaqdır.

Radar sistemi 2 dəqiqədən az müddətdə işə salınır. Radar sisteminin avtomobil, dəmir yolu və ya taktiki təyyarə ilə daşınması mümkündür.

“GM200 MM” pilotsuz uçuş aparatları (PUA), raketlər, artilleriya və minaatanlar (RAM) kimi kiçik hədəflərin aşkarlaya bilir.

Qeyd edək ki, Fransanın “GM200 MM”i Ermənistana neçəyə satdığı açılqanmayıb.

Lakin, 2022-ci ildə Danimarkanın 5 ədəd “GM200 MM” radar sistemi üçün Fransaya 540 milyon kron ödəyəcəyi yazılıb.

Bu isə o deməkdir ki, bir ədəd “GM200 MM” radar sisteminin Avropa bazarındakı satış qiyməti təxminən 14,5 milyon avroya bərabərdir.

Hazırda Moldova, Niderland, Norveç və Ukrayna ordusunun istifadəsində “GM200 MM” radar sisteminin mövcud olduğu bildirilir.

Ermənistan mətbuatı bildirir ki, radar sisteminin Ermənistana təhvil verilməsi prosesi təxminən bir il müddətində həyata keçiriləcək.

Bənzər yazılar

Back to top button