Ermənilər Ağdamın Birinci Baharlı qəsəbəsinə top mərmisi atdı

by Aztoday Xəbər Portalı

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1979-cu il təvəllüdlü Həsənov Elçin Əli oğlunun evi top mərmisindən dağılıb.

AzToday.az-ın APA-ya istinadən xəbərinə görə, saat 01:46-da Birinci Baharlı qəsəbə sakini, 1965-ci il təvəllüdlü Əhmədov Sabir Qulu oğlunun evi düşən mərminin təsirindən zərər çəkib.

Bu gecə saat 00:40-da Ağdam rayonunun Birinci Baharlı qəsəbə sakini, 1950-ci il təvəllüdlü Behbudov Allahverdi Məhəmməd oğluna məxsus 200 ədəd ot bağlaması mərmi nəticəsində yanıb.

Bənzər Yazılar