İdman

Qvardiola Holandın mümkün gedişinə belə reaksiya verdi

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərədəki ab-havadan və Mançesterdəki həyatından narazı olan hücumçu Erlinq Holandın klubu tərk edə biləcəyi ilə bağlı İspaniya mətbuatının iddiasını cavablandırıb.

Fanat.az xəbər verir ki, tanınmış insayder Fabritsio Romano özünün X (keçmiş “Twitter”) sosial şəbəkə hesabında Qvardiolanın dediklərini paylaşıb.

“Biz Holandın bədbəxt olduğunu hiss etmirik. Ola bilsin ki, İspaniya mediasında, xüsusən də Madriddə bu məsələ ilə bağlı bizdən daha çox məlumat var”.

Xatırladaq ki, bu yaxınlarda Holand və nümayəndələrinin norveçlinin fərdi mükafatlar qazanmaq üçün forvardın peşəkar karyerasını “Real Madrid”də davam etdirməli olduğuna inandıqları barədə məlumat yayılmışdı.

Erlinq Holand bu mövsüm MS-nin heyətində bütün turnirlərdə 23 oyunda 19 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bənzər yazılar

Back to top button