Cəmiyyət

Qiyabi oxuyan tələbəyə 190 manat yardım verilmir – Daha bir şikayətçi Nazirliyə üz tutdu

“Qızım Şəfa Mirzəyeva 190 manat birdəfəlik yardım almaq üçün Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSM) e.sosial.gov.az portalına müraciət edib. Amma ona imtina cavabı gəlib. Telefonuna göndərilən SMS-də yazılıb ki, “Məşğulluq haqqında” Qanunun 4.1.6-cü maddələrinə görə müavinət verilə bilməz”.

Bu sözləri “Azpolitika.info saytına Binəqədi rayon sakini Mirzəyev Mahiyyəddin İmran oğlu bildirib. Şikayətçi qeyd edib ki, qanunda həmin maddələr əyani təhsil alan tələbələri nəzərdə tutur: “Mənim övladım Bakı Dövlət Universitetinin Beynəlxalq Münasibətlər və İqtisadiyyat fakültəsində qiyabi təhsil alır. Ona görə, Qanunun bu maddəsi bizə şamil oluna bilməz. Bu barədə ƏƏSM-in 142 “Qaynar xətt”-inə müracət etmişəm, habelə nazir Sahil Babayevə, ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbova email vasitəsi ilə müraciət etsəm də, cavab verilməyib, şikayətim araşdırılmayıb”.

M. Mirzəyev “Azpolitika.info” saytı vasitəsi ilə bir daha ƏƏSM rəhbərliyinə müraciət edərək şikayətinin araşdırılmasını və övladına 190 manat müavinət təyin olunmasını xahiş edib.

Qeyd edək ki, son günlər saytımıza vətəndaşlar tərəfindən göndərilən bu tip müraciətlərin sayı artıb. Onları araşdırıb aidiyyatı üzrə dövlət qurumlarına yönləndirməyə çalışırıq.

Bənzər yazılar

Back to top button