Siyasət

Solovyov canlı efirdə erməniləri tərifləmək istədi… – Özünü biabır, işçilərini təhqir etdi

Rusiya mətbuatında kök salmış ermənilərin və ermənipərəst rusların Azərbaycana qarşı apardıqları “informasiya savaşı”nın bəzi “döyüş”lərində düşmənlərin partlatmaq istədiyi “bombalar” hərdən öz əllərində partlayır və “döyüşçülər” rəzil duruma düşürlər.

Onlardan biri də məşhur təbliğatçı Vladimir Solovyov olub. Solovyov Youtube kanalı ilə efirə canlı verilən «Соловьев Live» verilişində Ermənistanı böyük, erməniləri qorxmaz, Azərbaycanı isə əksinə göstərmək istəyərkən özünü biabır edib.

Ermənilərə ya pul, ya da sırf öz daxili faşistliyi üzündən rəğbət bəsləyən, daima onların tərəfini tutmağa çalışan jurnalist Qarabağda hərbi vəziyyətin gərginləşməsi barədə danışarkən, ermənilərin hərbi komissarlıqların önündə toplaşaraq, böyük ruh yüksəkliyi cəbhəyə yollandıqlarına, tamaşaya toplaşanların onları alqışlarla yola salmalarına dair süjet göstərmək istəyib. Ancaq bir az sonra bu kadrların Azərbaycanda, Yasamal rayonunun hərbi komissarlığının önündə çəkildiyi məlum olub.

Bu yanlışlığı anladığı zaman Solovyov özünü saxlaya bilməyib, əsəbiləşib və tabeliyində işləyənlərə səsini qaldırıb: “Sizin başınız işləyir, ya yox? Bu, səhvdən də betər şeydir!”

Əlbəttə, elədir. Aqressorun, hərbi canilərin, işğalçının yanında olmaq, onu dəstək vermək, onları ölkə əhalisinə, dünya birliyinə “vətən müdafiçəçiləri” kimi təqdim etmək səhvdən betər şeydir, cinayətdir, faşizmə dəstək verməkdir, hitlerçillərin yanında durmaq qədər böyük rüsvayçılıqdır.

Bənzər yazılar

Back to top button