İqtisadiyyat

Kərəm Həsənov: «20 minlik əmlakı 65 min manata satdıq»

“Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) bu il dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 50-dən artıq hərrac keçirib”.
AzToday.az “Report”a istinadən xəbər verir ki, bu barədə komitə sədri “ASAN Radio”nun efirində bəyan edib.

Onun sözlərinə görə, bu hərraclara 1400-dən artıq dövlət əmlakı çıxarılıb və bunların 800-dən artığı özəlləşdirilib. Nəticədə dövlət büdcəsinə 100 milyon manata yaxın vəsait daxil olub.

K.Həsənov qeyd edib ki, bu hərraclarda böyük rəqabət var: “Bu yaxınlarda bir əmlak var idi. Onun ilkin satış qiyməti 20 min manat olsa da, 65 min manata satıldı. Həmin əmlaka 4 investor iddia edirdi”.

Bənzər yazılar

Back to top button