Siyasət

“Onu başa salmaq istəyirlər ki, öz işinlə məşğul ol…” – “Ramiz Mehdiyevə təşəkkür”

“Ramiz Mehdiyevə təşəkkür! Dünənki açıqlamasında o, iki vacib suala aydınlıq gətirib”.

AzToday.az xəbər verir ki, bunu “Yeni Azərbaycan” qəzetinin sabiq baş redaktoru Alqış Musayev AMEA prezidenti Ramiz Mehdiyevin iyulun 7-də yaydığı açıqlamaya münasibət bildirərkən deyib.

R.Mehdiyev həmin açıqlamasında son vaxtlar ona qarşı artan ittihamları təkzib edib, Heydər və İlham Əliyevlərə “gəncliyindən bəri” sadiq olduğunu vurğulayıb. Həmçinin bundan sonra da “hər sahədə” Prezident İlham Əliyevə kömək etməyi özünün borcu hesab etdiyini vurğulayıb.

A.Musayev deyir: “Ramiz Mehdiyevin mətbuatda barəsində yazılanları təkzib etməyə çalışdığı mətnin sonunda deyilir: “…dövlət başçısına həmişə olduğu kimi, bütün sahələrdə köməklik göstərməyi özümə borc bilirəm”.

Əslində, problemin, bütün süalların mənbəyini və cavabını elə bu cümlədə axtarmaq lazımdır. Bir adam bütün sahələr üzrə Prezidentə neçə kömək edə bilər? Bəlli olur ki, zamanında Ramiz Mehdiyev Administrasiyanın rəhbəri kimi bütün sahələrə “yaradıcı” müdaxilə edə bilib. Nəticə isə göz qabağındadır: idarəçiliyin bütün sahələrində problemlər xirtdəyə qədərdir…”

“Ramiz Mehdiyev “son vaxtlar onu niyə tənqid edirlər” sualını da cavabsız qoymayıb. Görünən budur ki, o, yenə də özünü həmişəki kimi bütün sahələr üzrə yeganə “mütəxəssis” hesab edir. Və “kömək” etməyə hazır olduğunu açıq mətnlə dilə gətirir.

Onu başa salmaq istəyirlər ki, sən artıq bütün sahələr uzrə əvəzedilməz köməkçi deyilsən, indi öz işinlə məğul ol!

Və o, məhz öz işi ilə məşğul olmadığından tənqid hədəfinə çevrilir. Bu qədər sadə!

Amm mən Ramız Mehdiyevi çox yaxşı başa düşürəm. Axı heç vaxt onun öz işi olmayıb…”, – A.Musayev əlavə edib.

Bənzər yazılar

Back to top button