Hərbi ekspert: “BMT qələt edir, ATƏT də başını divara döyür…”

by Aztoday Xəbər Portalı

“BMT qələt edir, ATƏT də başını divara döyür. Onları iti qovan kimi Azərbaycandan qovmaq lazımdır”.

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. Onun sözlərinə görə, Azərbaycan bu döyüşü qələbəyə kimi davam etdirəcək:

“Biz bu dəfə sona kimi gedəcəyik. Ölkə Prezidenti də çıxışında dedi ki, “biz Ermənistanla heç bir danışıqlar aparmayacağıq”. Bu o deməkdir ki, biz öz işimizi davam etdirməliyik. BMT Təhlükəsizlik Şurası da tərəflərə müraciət edib ki, atəş dayandırılsın. Amma o BMT-dən soruşmaq lazımdır ki, öz sənədlərinizi qaldırın baxın, görün ki, 4 qətnamənizin sonu necə oldu? O sənədləri icra etdirin, sonra Azərbaycana müraciət edin. Buna deyirlər, həyasız beynəlxalq tiplər. O utanmazlar üçün insan ölümü heç nədir. Ermənistan kimi yaramaz bir dövləti beynəlxalq hüquqa dəvət edə bilmirlər, Azərbaycana müraciət edirlər. Mən o BMT-də oturan şəxslərə sual verərdim. Yaşadıqları mənzilə bir başqası gəlib zorla soxulsa və onları həmin mənzilə buraxmasalar, reaksiyaları necə olardı? Bu adamlar özlərini ağıllı sayırlar. Fikirləşirlər ki, guya bizdən bir ağıl üstündürlər, amma onların bir qram ağlı yoxdur. Hər şeyi onların üzünə demək lazımdır. 27-30 ilə yaxındır ki, guya bu insanlar sülh yaratmaq missiyası ilə məşğuldur. Amma dələduzluqla məşğuldurlar, beynəlxalq aferistlərdir, özlərinə yaxşı yer tapıblar. Onlar milyonlarla vəsait qazanırlar, burda camaatın balası ölür, körpə uşaqlar öldürülür, Azərbaycanın genofonduna zərbə dəyir. Biz indi bu dələduzlara bir də çox sağ ol deməliyik? Ona görə BMT də qələt edir, ATƏT də başını divara döyür. Onları iti qovan kimi Azərbaycandan qovmaq lazımdır. O ölən, həyatı boyu şikəst qalan insanların ah-naləsi tutsun onları”.

Üzeyir Cəfərli bildirib ki, cəbhə bölgəsində hər şey öz qaydasında gedir:

“Ordu verilən tapşırığı yerinə yetirir. Yaxın vaxtlarda da sevindirici xəbər alacağıq. Çünki Azərbaycan ordusu hətta mümkün olmayan bəzi məsələləri də yerinə yetirir. Bunu hamı anlayışla qəbul etməlidir. Yaxın saatlarda yeni ərazilərin işğaldan azad olunması xəbərlərini alacağıq. Sözsüz ki, düşmən və onun havadarları da əliboş dayanmır. Yəni, müəyyən addımlar atırlar, insanlar arasında panika yaratmaq üçün mülki obyektlərə atəş açırlar. Meydanda uğursuzluğa düçar olan Ermənistan çalışır ki, bunun bir qədər başqa formada kompensasiya etsin. Amma xeyri yoxdur, bu müharibədir, yaralanan da olacaq, şəhidimiz də. Ona görə də biz bunlara təmkinlə baxmalıyıq”.

Bənzər Yazılar