Siyasət

Paşinyan xaricdən yardım axtarmağa davam edir: Ruhaniyə zəng etdi

Ermənistanın baş naziri Nikol Paşinyan xarici ölkələrin və beynəlxalq təşkilatların rəhbərləri ilə telefon danışıqlarını davam etdirir.

Erməni mətbuatı yazır ki, Paşinyan İran prezidenti Həsən Ruhaniyə zəng edib. Telefon danışığında cəbhədə vəziyyətin gərginləşməsi müzakirə olunub.

Qeyd edək ki, bu gün sosial şəbəkələrdə İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını təsdiqləyən yeni faktlar paylaşılıb. Videolardan aydın görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Mediapost.az

Bənzər yazılar

Back to top button