“Uşaq 12 kiloqramlıq çantanı necə daşısın?” – Siyavuş Novruzov

by Aztoday Xəbər Portalı

Bu günə qədər Azərbaycanda 3500-ə qədət məktəb tikilib. Onun da 300-ə yaxını Heydər Əliyev fondu tərəfindən tikilib. Modern.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Siyavuş Novruzov deyib.

O bildirib ki, bu məktəblərin əksəriyyətində 1-ci sinfə qəbul zamanı uşaqdan imtahan götürürlər:

“Burada verilən suallarln yanında qəbul imtahanlarında verilən suallar yalandır. Uşaq 1-ci sinfə təhsil almağa gəlir. Bəs bu uşaq bu suallara haradan cavab versin?! əksər məktəblərdə bu belədir. Ərazidə yaşayan vətəndaşların uşaqlarını həmin məktəblərə götürmürlər. Bunu da onunla əlaqələndirirlər ki, imtahandan keçməyən uşağı götürsə, məktəbin səviyyəsi aşağı düşəcək. Məktəbləri tikib veriblər istifadəyə. Oradakıların vəzifəsi uşaqları öyrətməkdəir. Digər tərəfdən artıq uşaqlara sumkadaşıyan tuturlar. 12 kq-lıq çantanı uşaq necə götürsün?! Həmçinin pullu təhsil sistemində pulun haralara getdiyi açıqlanmalıdır. Şəffaflıq təmin olunmalıdır”.

Bənzər Yazılar