Qurban Qurbanov: “Ürəyimizin yarısı burada, yarısı Azərbaycandadır”

by Aztoday Xəbər Portalı

“Yeni baş məşqçi gəldikdən sonra “Legiya”nın oyununda dəyişikliklər var”.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində Polşa təmsilçisi “Legiya” ilə oyun barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis bu gün baş tutan mətbuat konfransında qarşılaşma öncəsi fikirlərini bölüşüb: “Rəqibimiz standart vəziyyətlərdən yaxşı istifadə edir. Sabah rəqibə qarşı yaxşı oynamağa çalışacağıq. Fikrimiz eyni zamanda öz ölkəmizdə qalıb. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında Azərbaycan torpağı olan Qarabağın işğalçılardan təmizlənməsi əməliyyatlarına başlayıb. Təbii ki, biz sülh tərəfdarıyıq, ancaq təəssüf ki, düşmənimiz bizlə eyni fikirdə deyil. Ürəyimizin yarısı burada, yarısı isə Azərbaycandadır. Bu əməliyyatlardan xoş xəbərlər alacağımızı gözləyirik. Xalqımız Ali Baş Komandanımıza inanır”.

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə 22:00-da start götürəcək.

Bənzər Yazılar