Ermənilər Saakaşvilini Azərbaycana dəstəyə görə fəxri tituldan məhrum edir

by Aztoday Xəbər Portalı

Ermənistanın Təhsil, elm, mədəniyyət və idman naziri Araik Arutunyan Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilini Azərbaycana verdiyi dəstəyə görə Yerevan Dövlət Universitetinin fəxri doktoru adından məhrum edilməsi təşəbbüsü ilə çıxış edib.

Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.

Qeyd edək ki, Mixeil Saakaşvili daha əvvəl Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu açıqlayıb.

“Mənim mövqeyim ərazi bütövlüyü prinsipinə əsaslanır, yəni Dağlıq Qarabağ Azərbaycan Respublikasının suveren ərazisidir və heç bir şey onu dəyişdirməyəcək”, – deyə o, özünün “Facebook” səhifəsində yazıb.

“Əlbəttə, bölgədən didərgin salınan əhalinin öz yurdlarına qayıtmaq haqqı var. Onların sülh şəraitində yaşamaq hüququ var və bu hüquq qorunmalıdır”, – Mixeil Saakaşvili vurğulayıb.

Bənzər Yazılar