“Xəzər Lənkəran”ın sabiq hücumçusu baş məşqçi oldu

Print Friendly, PDF & Email

2004/05 mövsümündə “Xəzər Lənkəran”da top qovan Oktay Dərəlioğlu baş məşqçi təyin edilib.

Fanat.Az xəbər verir ki, Türkiyə millisinin sabiq forvardı ölkəsinin 2-ci liqasında mübarizə aparan “Kahramanmaraşspor”u çalışdıracaq.

Hazırda 41 yaşı olan mütəxəssisin Azərbaycan çempionatında çıxdığı 17 matçda 16 qol vurduğunu xatırladaq.