Dünya

İran açıqladı: “Ukrayna təyyarəsinə bir dənə də olsun raket dəyməyib”

Ukraynanın Boeing-737 təyyarəsinin qəzaya uğraması, raket zərbəsi ilə əlaqəli deyil.

Qaynarinfo PressTV-yə istinadla xəbər verir ki, bunu İran Aviasiya Təşkilatının rəhbəri Əli Abedzadə söyləyib.

O, əlavə edib ki, fəlakətin səbəbləri yalnız qara qutuların şifrələrinin açılmasından sonra bilinəcək. Abedzadə vurğulayıb ki, hələ ki, təyyarənin qəzaya uğramasının səbəbini izah etmək mümkün deyil.

Onun sözlərinə görə, “təyyarə yana-yana 1.5 dəqiqədən çox uçub və qəza yeri pilotun hava limanına qayıtmaq qərarına gəldiyini göstərir”.

“Bu təyyarəyə bir dənə də olsun raket dəyməyib”, – Abedzadə əminliklə deyib və əlavə edib ki, vurulduğu deyilən Ukrayna təyyarəsinə görə “heç kim məsuliyyət daşımır”.

Bənzər yazılar

Bunu da oxu
Close
Back to top button